Qənirə Paşayeva MM-də Qarabağ müharibəsi əlillərinin və Qarabağ Qaziləri İB-nin müraciətini səsləndirib


 Qənirə Paşayeva MM-də Qarabağ müharibəsi əlillərinin və Qarabağ Qaziləri İB-nin müraciətini səsləndirib


Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə 2020-ci ilin büdcə layihəsinin 2-ci oxunuş müzakirələrində çıxış edərək Qarabağ Qaziləri İB-nin millət vəkillərinə, hökümət qurumlarına müraciətini səsləndirib, müvafiq qurumları bu müraciətə həssaslıq və diqqətlə yanaşmağa çağırıb.



Ötən ildən ölkə Prezidenti İlham Əliyev cənablarının sərəncamına əsasən şəhid ailələrinə 11 min manat "qanpulu" - birdəfəlik ödəmələr verilməyə başladığı barədə danışan Q.Paşayeva 1997-ci ilə qədər Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirib əlil olmuş Qarabağ əlillərinin - hərbi qulluqçuların da şəxsi icbari sığortasının ödənilməsi ilə bağlı Qarabağ Qaziləri İB-nin təkliflərini, Qarabağ Qaziləri İB-nin millət vəkilləri və hökümətə müraciətini səsləndirib.Q.Paşayeva Qarabağ Qaziləri İB-nin və bütün Qarabağ müharibəsi əlillərinin cənab prezidentimizin şəhid ailələrimizə, Qarabağ müharibəsi əlil və qazilərinə diqqət və həssaslığını, onların həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində atılan önəmli addımları yüksək qiymətləndirdiklərini deyərək Qarabağ müharibəsi əlillərinin yaxın zamanlarda bu məsələyə dövlət qurumlarımızın həssaslıqla yanaşacağına inandıqlarını deyib və müvafiq qurumları bu məsələyə yaxın günlərdə baxmağa çağırıb. Millət vəkili Q.Paşayeva Qarabağ qaziləri İB-nin hökümətə və millət vəkillərinə bu məsələ ilə bağlı müraciətinə yaxın zamanlarda baxılması və öz həllini tapması üçün dövlət qurumlarına çağırış edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu