Kardiologiya İnstitutunun direktoru yenə məhkəmədə uduzdu


Kardiologiya İnstitutunun direktoru yenə məhkəmədə uduzdu


C.Abdullayev adına Elmi –Tədqiqat Kardiologiya İnstitutunda baş verən qanunsuzluqlar və direktor Gülnaz Dadaşovanın əməlləri məhkəmə salonlarından kənara çıxmır. Ötən günlərdə Kardiologiya İnstitutunun məsul vəzifəli elmlər doktorunun, direktor Gülnaz Dadaşova tərəfindən qanunsuz işdən çıxarıldığı üçün məhkəməyə iddia ilə müraciət etməsi mətbuatda yayılmışdı.



Qeyd olunurdu ki, məhkəmə apardığı araşdırmalardan sonra direktor Gülnaz Dadaşovanın haqsız olması barədə qərar çıxarıb və iddianı elmlər doktorunun xeyrinə təmin etmişdi.

Məhkəmənin qərarına görə, direktor Gülnaz Dadaşovanın əmri qanunsuz hesab olunanraq ləğv edilib, elmlər doktorunun yenidən işinə bərpa dilməsi və dəymiş ziyanın tam ödənilməsi qərara alınıb.

Qərardan narazı qalan, hisrli direktor Gülnaz Dadaşova Appelyasiya Məhkəməsinə müraciət edibmiş. Bizimxeber.az-a sözügedən məhkəmədəki mənbələrdən daxil olan məlumata görə, bugünlərdə sözügedən müraciətə baxılıb və hakim birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Yəni, bu dəfə də direktor Gülnaz Dadaşovanın əməli qanunsuz hesab edilib və elmlər doktorunun xeyrinə olan qərar dəyişdirilmədən saxlanılıb. Bütün bunlar göstərir ki, bu kimi qərarlar ölkə prezidenti İlham Əliyevin Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı verdiyi fərmanların icrasının bariz nümunədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu