Ramil Usubov polis rəisini işdən çıxardı


Daxili İşlər Nazirliyində yeni kadr dəyişikliyi həyata keçirilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Biləsuvar Rayon Polis Şöbəsinin rəisi, polkovnik Saleh Abdullayev işdən azad edilərək sərəncama göndərilib.

Bundan başqa DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, polkovnik Habil Əlişanov da yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə həmin idarənin şöbə rəisi Teymur Hacıyev təyin olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu