Gürcüstan-Azərbaycan sərhədində insident: saxlanılan var


Gürcüstan-Azərbaycan sərhədində insident:


Gürcüstan-Azərbaycan sərhədində insident baş verib.



AFN "Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İnsident zamanı Q.İ. adlı Gürcüstan vətəndaşı saxlanılıb.

Həmin şəxs odlu silahın qanunsuz əldə olunması, saxlanılması və girov götürməkdə günahlandırılır. O, odlu silah və qumbara ilə hədə-qorxu gələrək gürcü sərhədçilərini sərhədin razılaşdırılmamış hissəsinə doğru hərəkət etməyə məcbur edib. İnsident zamanı Q.İ. bir neçə dəfə atəş açıb.

Gürcüstan Sərhəd Polisinin əməkdaşlarının sayəsində insident tam aradan qaldırılıb.

Faktla bağlı istintaq aparılır.

Gürcüstan DİN azərbaycanlı həmkarlarına bu insidentin aradan qaldırılması ilə bağlı effektiv əməkdaşlığa görə minnətdarlığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu