Dövlət Turizm Agentliyində görünməmiş korrupsiya mexanizmi: saysız-hesabsız "məsləhətçi" axtarışı...


Dövlət Turizm Agentliyində görünməmiş korrupsiya mexanizmi:


Dövlət Turizm Agentliyi faktiki olaraq növbəti pulyuma maşınına çevrilib. Qurum öz aparatının görməli olduğu işi ayrı-ayrı "məsləhətçilərə" həvalə edərək dövlətin pulunu göyə sovurmaqla məşğuldur.



AFN xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Hafiz Babalı bildirib. O, həmçinin agentliyin "ehtiyacları" üzrə keçirdikləri satınalma müsabiqəsinin predmetlərinin siyahısını ictimailəşdirib. Həmin siyahını təqdim edirik:
1) Hamamların turizm məhsuluna çevrilməsi ilə bağlı məsləhət xidmətləri;
2) Azərbaycanda quş gözləmçiliyi (birdwatching) turizminin inkişaf etdirilməsi ilə bağlı məsləhət xidmətləri;
3) Qonaq evlərinin qiymətləndirilməsi, xəritə və bazanın yaradılması ilə bağlı məsləhət xidmətləri;
4) Bakıda və regionlarda yemək masterklaslarının həyata keçirilməsi ilə bağlı məsləhət xidmətləri;
5) Mədəni marşrutların yaradılması ilə bağlı məsləhət xidmətləri;
6) Regionlarda ictimai muzeylərin turizm məhsuluna çevrilməsi ilə bağlı məsləhət xidmətləri;
7) Atçılıq turizminin inkişaf etdirilməsi ilə bağlı məsləhət xidmətləri;
8) Azərbaycanda balıq ovu-balıqçılıq (fishing, fly fishing) turizm fəaliyyətlərinin qiymətləndirilməsi və inkişaf etdirilməsi;
9) Azərbaycanda Tullanış (Körpüdən tullanma, iplə tullanma və digərləri) fəaliyyətlərinin turizm növü kimi inkişaf etdirilməsi ilə bağlı məsləhət xidmətləri;
10) Yamac Paraşütü və Hava Şarları turizm fəaliyyətlərinin inkişaf etdirilməsi ilə bağlı məsləhət xidmətləri;
11) Azərbaycanda Dalğıc (Dayvinq) Turizm fəaliyyətlərinin qiymətləndirilməsi və inkişaf etdirilməsi ilə bağlı məsləhət xidmətləri;
12) Kanoyinq fəaliyyəti ilə bağlı məsləhət xidmətləri;
13) Qayıqla səfər ilə bağlı məsləhət xidmətləri;
14) Qayaya dırmanma ilə bağlı məsləhət xidmətləri;
15) Ziplayn fəaliyyəti ilə bağlı məsləhət xidmətləri;
16) Piknik (istirahət düşərgəsi) fəaliyyəti ilə bağlı məsləhət xidmətləri;
17) Kampinq fəaliyyəti ilə bağlı məsləhət xidmətləri)
18) Kampinq fəaliyyəti ilə bağlı məsləhət xidmətləri;
19) Raftinq fəaliyyəti ilə bağlı məsləhət xidmətləri.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu