Saleh Məmmədovun məntiqinə qalsa... - Bakı-Sumqayıt yolunun aqibəti sual altındadır


Saleh Məmmədovun məntiqinə qalsa... -


"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri deyib ki, Bakı-Sumqayıt yolu gündəlik 7-10 min avtomobilin hərəkəti üçün nəzərdə tutulub. Bu gün isə Bakıdan Sumqayıta gündəlik 12-14 min, Sumqayıtdan Bakıya isə 10-12 min avtomobil hərəkət edir. Saleh müəllimin izahı maraqlıdır. Sənaye parkları, məhəllələri tikilib, buna görə hərəkət artıb. Bəs Xırdalan, Masazır, Muşviq daxil olmaqla Bakının şimal hissəsində davam edən fantastik məskunlaşma?"



AFN xəbər verir ki, bunu iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, əgər Bakı-Sumqayıt yolunun genişləndirilməsi zamanı Saleh müəllimin məntiqi nəzərə alınacaqsa demək ki, problemin həllini gözləmək sadəlöhvlük olardı: "Digər tərəfdən, bu məsələ bir daha dövlət vəsaitlərinin istifadəsi ilə bağlı məsələləri gündəmə gətirir. Dünyanın çox az ölkələrindənik ki, uzunmüddətli inkişaf strategiyası və fəaliyyət planı olmayan qurumlar tərəfindən təklif edilən və planlaşdırılan layihələrə vəsait ayırırıq. Bir-iki il sonra isə məlum olur ki, bu layihələrə təyinatı üzrə yararsızdır yaxud problemi həll etmir.
Buna görə də dövlət qurumların uzunmüddətli inkişaf planı hazırlanmalı və büdcə prosesi zamanı Maliyyə Nazirliyi bu plan əsasında vəsait ayrılmalı, Hesablama Palatası isə bu plan əsasında müəssisələrin maliyyə təsərüfat fəaliyyətini və vəsaitin ayrılması məsələsini qiymətləndirməlidir. Uyğunsuzluq halında qurumların və layihələrin maliyyələşdirilməsinə məhdudiyyət tətbiq edilməlidir.
Digər məsələ isə qurumlar arası kordinasiya məsələsidir. Təəssüf ki, bizdə bu məsələ institutlaşmayıb. Məsələn, Yol tikintisinin başa çatmasından bir ay sonra yolu qazıb su xətti yaxud kanalizasiya xətti çəkən qurumlar cəzalandırılmalı, xərclər bu qurumların idarəedicilərinin şəxsi büdcəsindən maliyyələşdirilməsi təcrübəsinin tətbiqinə başlanmalıdır.
Birdə ictimai məsuliyyət məsələsi var. Rəsmi açıqlamaya görə, yolda görülən işlər may (2020) ayının sonuna başa çatacaq. Gəlin bu məqamı da məzarətdə saxlayaq, görək heç olmasa bir dəfə düz olacaqmı?"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu