Bakıda polis rəisi öldü


Bu gün paytaxtda polis polkovniki dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis polkovniki, 1964-cü il təvəllüdlü Elsevər Hüseynov vəfat edib.

Onun uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Elsevər Hüseynov 1986-cı ildə Texniki Universiteti bitirib. Mərhum 1990-cı ildən Daxili İşlər Nazirliyində çalışıb. Bir çox əməliyyatlarda iştirak edib. O, təltif və mükafatlara layiq görlüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu