Bakıda qapalı məhkəmə: bir qrup iş adamı haqda həbs qərarı verildi


Bu gün “Beynəlxalq Bank işi” ilə bağlı “Bandotdel”də saxlanılan bir qrup iş adamı haqda Nərimanov Rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib.

“Qafqazinfo” xəbər verir ki, məhkəmə iclası qapalı keçirilib.

Maraqlıdır ki, məhkəməyə gətirilən iş adamlarının adları gizli saxlanılıb. Hətta hakim belə prosesdən həmin dəqiqə xəbər tutub.

Məhkəmədən sayta bildirilib ki, Baş Prokurorluğun verdiyi sanksiya əsasında bir neçə iş adamı günün ikinci yarısında məhkəməyə gətirilərək barələrində həbs-qətimkan tədbiri seçilib. Proses isə bir neçə dəqiqə davam edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu