Bakıya giriş-çıxış bağlanacaqmı? - RƏSMİ


Bakıya giriş-çıxış bağlanacaqmı? -


Bakıya giriş-çıxışa məhdudiyyətlər qoyulacağı ilə bağlı sosial şəbəkədə yayılan məlumatlar həqiqəti əks etdirmir.



Bu sözləri Qaynarinfo-ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında yaradılan Operativ Qərargahdan bildiriblər.

"Bununla bağlı hər hansı rəsmi məlumat yoxdur”, - Qərargahdan bildirilib.

Xatıladaq ki, bu gün axşam saat 18:00-da müvəqqəti olaraq Bakıya giriş-çıxışın məhdudlaşdırılacağı ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Bayram öncəsi Bakıya giriş-çıxışın dayandırılması koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə atıldığı deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu