Azərbaycanda əhalinin sayı azalacaq


BMT-nin “World Population Prospects The 2012 Revision” adlı hesabatında dünya əhalisinin artım proqnozu açıqlanıb.

Hesabata görə, 2100-cü ilə kimi dünya əhalisi artacaq. Əhalinin sayı 2025-ci ildə 8 milyarda, 2050-ci ildə 9,6 milyarda, 2100-cü ildə 10,9 milyarda çatacaq.
2050-ci ildə Hindistan əhalisinin sayına görə Çini ötərək lider ölkəyə çevriləcək. Həmin dövrdə Hindistan əhalisinin sayı 2013-cü ildəki 1,25 milyardandan 1,6 milyard nəfərə çatacaq. 2100-cü ildə isə 1,547 milyarda düşəcək. Çinin əhalisi isə azalmaqda davam edəcək. Səmavi ölkənin vətəndaşlarının sayı 1,386 milyardan (2013) 1,385 milyarda (2050), sonra isə 1,086 milyarda (2100) düşəcək.
2050-ci ildə Nigeriya indiki 7-ci yerdən birbaşa 3-cü yerə qalxaraq ABŞ-ı ötəcək. ABŞ əhalisi 320 milyondan (2013) 401 milyona (2050), daha sonra 462 milyona (2100) qədər artacaq. Nigeriya isə 170 milyondan 914 milyona (2100) qədər artacaq.
Hesabata görə, Azərbaycanda əhalinin sayı 2013-cü ildəki 9 milyon 413 min nəfərdən 2025-ci ildə 10 milyon 309 minə, 2050-ci ildə 10 milyon 492 minə qədər artsa da, 2100-cü ildə 8 milyon 433 min nəfərə düşəcək.
Azalma təkcə Azərbaycanda olmayacaq. Ermənistan əhalisi 2100-cü ildə 2 milyona (2013-də 3 milyon), Gürcüstan əhalisi (2013-də 4,3 milyon) 3 milyona, Rusiyada (2013-də 142,8 milyon) 101,9 milyona, Ukraynada 2013-də 45,2 milyon) 24,6 milyona, Belorusda (2013-də 9,4 milyon) 5,6 milyona düşəcək.
Digər MDB ölkələrində isə əhali artmaqda davam edəcək. Qazaxıstanda əhalinin sayı 2013-2100-cü illərdə 16,4 milyondan 20,9 milyona, Qığızıstanda 5,6 milyondan 8,9 milyona, Tacikistanda 8,2 milyondan 21,3 milyona, Özbəkistan 28,9 milyondan 30,8 milyona yüksələcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu