Apteklərdə kustar üsulla sexlərdə hazırlanmış “qoruyucu maska”lar satışa çıxarıldı - FOTO


Apteklərdə kustar üsulla sexlərdə hazırlanmış “qoruyucu maska”lar satışa çıxarıldı -


Dünyada oldugu kimi, ölkəmizdə də koronavirus pandemiyası ilə əlaqədar insanlar arasında qoruyucu maskalara tələbat sürətlə artmaqdadır. Nəticədə apteklərdə qoruyucu maskaların qıtlığı müşahidə edilir. Bundan istifadə edən işbazlar isə bütün vasitələrdən və yaranmış vəziyyətdən istifadə edərərk qazanmaq şansını aldən vermək istəmirlər.



NOCOMMENT.az xəbər verir ki, artıq ölkə apreklərinə kustar yol ilə sexlərdə hazırlanmış maskalar yol açaraq yüksək qiymətə satışa çıxarılıb. Bu “qoruyucu maska”ların qiymətləri bir tərəfə, onların hansı şəraitdə hazırlanması, nə dərəcədə gigiyenik qaydalara riayət olunması daha çox narahatçılıq yaradır.

Bu “qoruyucu maska”ların istifadəsi özü bir yeni təhlükə mənbəyidir. Sumqayıt apteklərində 1manat 50 qəpiyə belə bir “qoruyucu maska” satılması faktı ilə bağlı məlumat əldə etmişik.

Apteklərdə kustar üsulla sexlərdə hazırlanmış “qoruyucu maska”lar satışa çıxarıldı -


Ölkəmizin aidiyyatı dövlət qurumlarının buna biganə yanaşmayacağını və bu kimi halların aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başlayacağına ümid edirik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu