5 milyonluq narkotik yandırılıb


Bu gün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun tapşırığına əsasən Bünyad Sərdarov adına “Maşınqayırma Zavodu”nun inzibati ərazisində 199 məhkəmə hökmü ilə müsadirə olunmuş 358 kq-dan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 3620 ədəd çətənə bitkisi məhv edilib.

Dövlət Komissiyasının İşçi Qrupundan verilən məlumata görə, proses İşçi Qrupunun təşkilatçılığı ilə Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən həyata keçirilib.

Məhv edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 27,448, 509 kr-ı heroin, 145,12455 kq-ı marixuana, 46,776867 kq-ı həşiş qətranı, 104,932806 kq-ı tiryək, 15,852 kq-ı xaş-xaş kütləsi, 200,571 qr-ı kokain, 358,756 qr-ı psixotrop maddələrdir. Məhv olunan müxtəlif növ narkotik vasitələrin “qara bazar”da ümumi dəyəri 5 milyon manat təşkil edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu