Azərbaycanda həkim koronavirusa yoluxduğuna görə xəstəxana bağlanıb? - AÇIQLAMA


Azərbaycanda həkim koronavirusa yoluxduğuna görə xəstəxana bağlanıb? -


Dünən sosial şəbəkələrdə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətinin məhdudlaşdırılması barədə məlumat yayılıb.



Qeyd olunur ki, səhiyyə müəssisəsinin həkimlərindən biri koronavirusa yoluxub, nəticədə, xəstəxananın fəaliyyəti məhdudlaşdırılıb, yalnız reanimasiya şöbəsi fəaliyyət göstərir.

TƏBİB-in Mətbuat katibi Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, qurum tərəfindən kiminsə yoluxması və adı-soyadı açıqlanmır:

"Yoluxan, ola bilsin ki, həkimdir, amma bu barədə bizim qurum məlumat vermir. Xəstəxananın bağlanması və ya fəaliyyətinin məhdudlaşdırılması barədə informasiya yoxdur.

İstənilən tibb müəssisəsində, xəstəxanada dezinfeksiya işləri aparıla bilər. Bununla bağlı qısamüddətli məhdudlaşdırılma tətbiq oluna bilər, bu da qeyd edilən məsələ ilə əlaqədar deyil”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu