Qənirə Paşayeva sığınacaqdakı uşaqları belə sevindirdi - FOTOLAR


Qənirə Paşayeva sığınacaqdakı uşaqları belə sevindirdi -


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, “Təmiz Dünya” Uşaq Sığınacağında məskunlaşamış uşaqların paytaxdakı muzeylərdən birini ziyarət arzusunu nəzərə alaraq, uşaqlarla və sığınacağın qurucusu Mehriban Zeynalova birlikdə “Xalça Muzeyi”ndə olub.



AFN xəbər verir ki, 1 iyun – Uşaqların Hüquqlarını Beynəlxalq Müdafiə Günü ərəfəsində gerçəkləşən görüş və ziyarət uşaqların sevincinə səbəb olub; muzeylə yaxından tanışlıq, muzey rəhbərliyi ilə, Mədəniyyət Komitəsinin sədri ilə səmimi söhbət imkanı uşaqlar tərəfindən maraqla qarşılanıb. Komitə sədri Q.Paşayeva sığınacaqdakı uşaqların hər birinə hədiyyələr bağışlayıb, onlara ən xoş diləklərini yetirib, yaxşı təhsil almalarını arzu və təmənna edib.
Q. Paşayeva sığınacaq rəhbərliyinin, uşaqların sığınacaqdan kənarda mədəni tədbirlərə, o cümlədən muzeyləri ziyarətə cəlb edilməsini çox yaxşı təcrübə kimi qiymətləndirib, gələcəkdə digər muzeylərə də birgə ziyarətlərdən məmnun olacağını deyib.

Qənirə Paşayeva sığınacaqdakı uşaqları belə sevindirdi -
Qənirə Paşayeva sığınacaqdakı uşaqları belə sevindirdi -



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu