Daşkəsən RİH təkzib etdi: "Bu qarayaxma kampaniyasıdır"


Daşkəsən RİH təkzib etdi:


Demokrat.az saytında və bir neçə saytda dərc edilən "Daha bir icra başçısının ağlasığmaz sərvəti ortaya çıxdı - ŞOK SİYAHI" sərlövhəli yazıya Daşkəsən rayon İcra Hakimiyyətindən təkzib gəlib.



Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyevin adından göndərilən təkzib məktubunda bildirilir ki, rayonun icra başçısı Əhəd Abıyevlə bağlı məlumatların heç bir əsası yoxdur: "Bu qarayaxma kampaniyasının araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Dövlət Təhlükəsizlik Xidmətinə və Daxili İşlər Nazirliyinə tərəfimizdən müraciət edilmişdir. Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və layəqətini ləkələmək hüququ vermir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu