Milli Məclisin 2 əməkdaşı koronavirusa yoluxdu


Milli Məclisin 2 əməkdaşı koronavirusa yoluxdu


Milli Məclisdə “COVİD 19” infeksiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır.



Bu testlər nəticəsində Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında COVİD 19 testinin nəticəsi müsbət çıxıb. Onlar dərhal həkim nəzarətinə götürülüblər.

Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar. Milli Məclisin COVİD 19 testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edir. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu