SARS laboratoriya şəraitində mutasiyaya uğradılıb və COVİD-19 yaradılıb - İDDİA


 SARS laboratoriya şəraitində mutasiyaya uğradılıb və COVİD-19 yaradılıb


"Bir neçə ay öncə xarici jurnallardan birində məqalə çıxdı ki, əslində Uhan şəhərində koronavirusun SARS növünün daha çox yoluxma qabiliyyətinə malik olmasını nəzərə alaraq, onun vaksinini tapmağa çalışıblar. O zaman SARS-ı laboratoriya şəraitində mutasiyaya uğradıblar, ancaq saxlaya bilməyiblər və yayılıb".



AFN xəbər verir ki, bu fikirləri tanınmış həkim Zülfüqar Yusifov “Yeni Müsavat”a açıqlamasında səsləndirib.

O, SARS, MERS VƏ COVİD-19 viruslarının beta koronavirus ailəsinə aid olduğunu, sadəcə o virusla yeni növ koronavirusun fərqinin yoluxma qabiliyyətinin indi daha çox olduğunu bildirib:

"O zamankı virusun öldürücülük qabiliyyəti yüksək idi. SARS və MERS-in öldürücülük qabiliyyəti 11-35 faiz arasında dəyişib. İndiki koronavirusda isə təxminən 1-3 faiz arasındadır. Ancaq onların yoluxma imkanları, yayılma arealı az olub. Ona görə də, təxminən 7-8 min nəfərə yoluxub və dayanıb. Yeni koronavirusun əvvəlkilərdən fərqi çox yayılmasında və az öldürücü olmasındadır”.

COVİD-19-un SARS və MERS kimi bir neçə aya yoxa çıxması ehtimalına gəlincə, Z. Yusifov bunu çox da mümkün hesab etmir:

“Yoluxma miqyasının genişliyi bu ehtimalları azaldır. Yoluxma o qədər çoxdur ki, bir qrup insanda bitir və digərlərinə keçir. Bu minvalla virus uzun müddət davam edə bilər. Yoluxma tezliyinin intensiv olması, bu virusun uzun müddət davam edə biləcəyini düşünməyə əsas verir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu