Ziya Məmmədov oğlu haqda yazılanları təkzib etdi


Nəqliyyat naziri Anar Məmmədov barədə yayılan xəbəri təkzib etdi: “Əks təqdirdə sizi şəxsən özüm məhkəməyə verəcəm”

Nəqliyyat naziri Ziya Məmmədov “Yeni Müsavat”a təkzib mesajı yollayıb. Onun bu mesajını Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov çatdırıb. Nazir bildirib ki, “Yeni Müsavat”da “Anar Məmmədovun prezidentin rəsmi qəbulunda nə işi varmış?” başlıqlı yazıda yanlışlığa yol verilib:

“Yazıda bildirilir ki, guya Anar Məmmədovu o tədbirə mən aparmışam. Bu iddia doğru deyil. Oğlumun o tədbirdə iştirakından xəbərim belə yoxdu. Anar Məmmədov ictimai fəaliyyətlə məşğuldur. O, Azərbaycan Amerika Alyansının rəhbəridir, Makedoniyanın Azərbaycanda fəxri konsuludur. 28 may Respublika Günü ilə bağlı keçirilən rəsmi qəbula dəvətnamə ilə çağırılıb, lazım gəlsə həmin dəvətnaməni mətbuata təqdim edə bilərik. Bunları ona görə deyirəm ki, məsələ yazıda təqdim olunduğu kimi deyil, mən oğlumun əlindən tutub o tədbirə aparmamışam”. Nazir bildirib ki, bu haqda təkzib verilməsə şəxsən özü “Yeni Müsavat”ı məhkəməyə verəcək.

Xatırladaq ki, qəzetin 30-31 may, 2015-ci il tarixli sayında nəqliyyat nazirinin oğlu, “Garant Holding”in təsisçisi Anar Məmmədovun mayın 27-də “Buta” sarayında Respublika Günü ilə bağlı keçirilən rəsmi qəbulda iştirakı haqda xəbər dərc edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu