Ağdaş və Gəncədə əmək hüquqları təbliğ edilib


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin həyata keçirdiyi “Regionlarda əmək hüquqlarının təbliğ edilməsi məqsədilə maarifləndirmə tədbirlərinin təşkili” layihəsi Ağdaş rayonunda və Gəncə şəhərində davam edib.

İB-dən AFN.az-a verilən məlumata görə, 29 mayda Ağdaş rayonunda, 30 mayda isə Gəncə şəhərində təşkil edilən təlimdə ümumilikdə 100-ə yaxın müxtəlif yaş qruplarından və sosial təbəqələrdən olan şəxslər iştirak edib.
Hər iki təlim təşkilatın prinsiplərinə uyğun olaraq, bütün tədbirlərində olduğu kimi, vətən uğrunda şəhid olmuş övladlarımızın ruhunun 1 dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Ağdaş rayonunda keçirilən təlimdə rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Gəncə şəhərində isə Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Anar Hətəmov qonaqları salamlayaraq, təşkilat rəhbərliyinə, təlimçilərə və iştirakçılara uğurlar arzulayıblar.
Daha sonra çıxış edən “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin sədri Nəsimi Həsənov iştirakçılara Azərbaycan Respublikasının gənclər siyasəti, vətəndaş cəmiyyəti, vətənpərvərlik, təşkilatın fəaliyyət istiqamətləri, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanından Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihələr barədə məlumat verərək, iştirakçıları təlimdə fəal iştirak etməyə çağırıb.
Layihənin təlimçisi Ceyhun Abbasov iştirakçılara əmək hüquqları, əmək qanunvericiliyi sistemi, əmək münasibətlərinin mahiyyəti, iştirakçıları və bu sahədə son illərdə həyata keçirilən islahatlardan danışıb. Əmək müqaviləsi, əmək məzuniyyətləri, iş vaxtı, ezamiyyələr və digər bölümlərdə iştirakçıların yüksək fəallığı nəticəsində maraqlı müzakirələr olub.
Təlimlərdə Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Dövlət Məşğulluq Xidmətinin, səhiyyə, təhsil və digər qurumların əməkdaşları, həmçinin tələbələr və müllimlərdə iştirak edib.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu