Bakının Nizami küçəsində hərəkət məhdudlaşdırılacaq


 Bakının Nizami küçəsində hərəkət məhdudlaşdırılacaq



Bakının Nizami küçəsinin Kövkab Səfərəliyeva və Yusif Səfərov küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar bu gecədən ərazidə hərəkət məhdudlaşdırılacaq.



AFN xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, məhdudlaşdırma təmir işləri bitənə qədər qüvvədə olacaq.

“Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, - deyə qurum bəyan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu