Dərslərin yeni qaydalarla təşkili noyabrın 2-dək davam edəcək


Dərslərin yeni qaydalarla təşkili noyabrın 2-dək davam edəcək


Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi yeni qaydalarla 2020-ci il noyabrın 2-dək davam edəcək.



Bu, Baş Nazir Əli Əsədovun imzaladığı "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə" qərarda göstərilib.

Noyabrın 2-dən sonra tədrisin təşkili ilə bağlı yeni qərar olacaq. Bu, ölkədəki epidemioloji vəziyyətdən asılı olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu