Türkiyə iki koronavirus vaksinini sınaqdan keçirir


 Türkiyə iki koronavirus vaksinini sınaqdan keçirir


Türkiyə hakimiyyəti yaxın vaxtlarda Rusiyada istehsal edilmiş koronavirus əleyhinə vaksininin sınaqlarına icazə verə bilər.



AFN report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

"Biz Rusiyada hazırlanan vaksinin sınaqları ilə bağlı sorğunu aldıq. Düşünürəm ki, yaxın vaxtlarda buna icazə veriləcək. Bundan başqa, hazırda ölkədə iki yerli vaksininin sınaqları keçirilir", - Koca jurnalistlərə deyib.

O əlavə edib ki, belə sınaqlar Türkiyədə yalnız könüllülər üzərində keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu