Azərbaycanın veteran futbolçusu vəfat etdi


Azərbaycanın veteran futbolçusu vəfat etdi


Bakının "Neftçi" və Gəncənin "Kəpəz" klubunun veteran futbolçusu Arzu Mirzəyev dünyasını dəyişib.



Bu barədə "Report"a "Kəpəz"in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumat verib. Mustafayevin sözlərinə görə, sabiq yarımmüdafiəçi 58 yaşında vəfat edib. O, səhər saatlarında yaşadığı evdə ölü vəziyyətində aşkarlanıb.

Qeyd edək ki, Arzu Mirzəyev 1979 - 1983-cü illərdə "Kəpəz"də, 1984 - 1991-ci illərdə "Neftçi”də forma geyinib. O, flaqmanın heyətində 181 oyun keçirib, 5 qol vurub. Mirzəyev futbolçu karyerasını bitirdikdən sonra "Kəpəz" və Gədəbəyin "Narzan komandalarının baş məşqçisi də olub. O, son illərdə Gəncədəki "Təhsil "İdman Mərkəzində məşqçi işləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu