Cahangir Əsgərov 47 min manatlıq gül kompozisiyası aldı


Cahangir Əsgərov 47 min manatlıq gül kompozisiyası aldı


"Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyəti (QSC) 47 250 AZN-nə gül kompozisiyası alır.



Qurum bu məqsədlə "Hotes Group” MMC ilə müqavilə bağlayıb.

Sözügedən MMC bir ildir fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən "Hotes Group” MMC 24 iyun 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Böyük Şor qəsəbəsi (Daş karxana) ev 515-də yerləşən MMC-nin qanuni təmsilçisi Allahverdiyev Ramil Vahid oğludur.

Açıq mənbələrdə nə Ramil Allahverdiyev, nə də "Hotes Group” MMC haqqında məlumat var. Bu da təbiidir. Çünki qeyd etdiyimiz kimi şirkət yeni yaranıb. Lakin AZAL-ın yeni yaranan bu şirkətə sevgisinin nədən qaynaqlandığı bəlli deyil. Adətən tenderlərdə sifarişçilər uzun illər fəaliyyəti olan, təcrübəli şirkətlərə üstünlük verirlər. AZAL fərqli yanaşma sərgiləyib.

47 250 AZN-ə gül kompozisiyasının hansı məqsədlə alınması da bəlli deyil.

Prezident İlham Əliyev bir müddət əvvəl AZAL-ın fəaliyyətini tənqid etmişdi. Ölkə başçısı bu quruma dövlət büdcəsindən yatırımlar qoyulsa da, onun divident vermədiyini bildirmişdi.(yenisabah.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu