Cavid Qurbanov aeroporta dəmiryolu xətti çəkir


Bakı Dəmiryolu Vağzalı ilə Heydər Əliyev Beynəlxalq Hava Limanını dəmiryolu xətti birləşdirəcək.

Bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, deputat Cavid Qurbanov deyib.

O bildirib ki, dəmiryolu xəttinin tikintisinin ilkin layihəsi artıq hazırdır: “Bu istiqamətdə danışıqlar aparılıb və “Azərbaycan Hava Yolları” QSC rəhbərliyi ilə razılığa gəlinib. Belə ki, ilk növbədə hava daşımalarının təhlükəsizliyi məsələsini nəzərə almaq lazımdır”.(trend)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu