Azərbaycanın baş infeksionisti işdən çıxarıldı


Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev vəzifəsindən azad olunub.



Nazirlikdən “Report”a verilən məlumata görə, bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.

C.İsayev öz ərizəsi əsasında vəzifədən azad edilib.

Digər əmrlə Təyyar Eyvazov Səhiyyə Nazirliyinin baş infeksionisti təyin olunub.

O, Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun yoluxucu xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu