Gürcüstanda həmkəndlisini qətlə yetirən azərbaycanlı qadın saxlanılıb


Gürcüstanın Saqareco bələdiyyəsinin Yormuğanlı kəndində ötən gün həmkəndlisini qətlə yetirməkdə ittiham olunan 38 yaşlı azərbaycanlı qadın saxlanılıb.



“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən olunub ki, X.X. adlı şəxs ov tüfəngindən 36 yaşlı kişini ölümcül yaralayıb. Cinayətin motivinin qisas olduğu məlum olub.

Yerli mətbuatın yazdığına görə, qətlə yetirilən şəxs qadının qohumudur.

Polis qadını “isti izlər”lə saxlayıb. Ov tüfəngi ondan maddi sübut kimi müsadirə edilib.

Qadın günahını etiraf edib.

Faktla bağlı Gürcüstanın Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi başlanılıb. Bu cinayətə qarşı 7 ildən 15 ilədək həbs cəzası tətbiq olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu