"Hayastan" fondu yenə saxtakarlıq edir


“Hayastan” ümumerməni fondu ilə bağlı saxtakarlıq aşkarlanıb.



“Report” xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Bildirilib ki, ianə toplamaq üçün bu fondun saxta səhifəsi yaranıb. Bu, onu göstərir ki, Ermənistan ianə toplamaq üçün normal fond tapmaqda çətinlik çəkir.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrin maliyyə vəsaitlərini “Hayastan” ümumerməni fondunun da bank hesabına köçürülür. Ancaq “Hayastan”ın dələduzluqda tez-tez hallanır. 2019-cu ilin sonunda Ermənistanın Auditorlar Palatası “Hayastan” Ümumerməni Fondunun fəaliyyətində 190 min dollar (89 mln. 942 min dram) məbləğində dələduzluq edildiyini aşkarlamışdı.

Xatırladaq ki, 2018-ci ilin iyununda “Hayastan” Ümumerməni Fondunun direktoru Ara Vardanyan ictimai təşkilatda səlahiyyət həddini aşaraq külli miqdarda maliyyə vəsaitini mənimsəməkdə şübhəli bilinərək həbs edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu