Ermənistanın itkiləri barədə yeni açıqlama - RƏSMİ


Ermənistan Qarabağ döyüşlərində Azərbaycan ordusu tərəfindən məhv edilmiş hərbçilərin yeni siyahısını açıqlayıb.



Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistan son döyüşlər zamanı daha 17 hərbçinin öldürüldüyünü etiraf edib. İşğalçı ölkə iddia edir ki, 27 sentyabrdan bu günədək davam edən döyüşlərdə 542 hərbçi itirib.

Ancaq Azərbaycan tərəf bəyan edir ki, düşmənin itkiləri qat-qat çoxdur. Fakt budur ki, Ermənistan Moskvada əldə olunmuş humanitar atəşkəs razılaşmasından istifadə edib döyüş meydanındakı meyitlərini yığmaq istəmədi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu