“Azərikart”: Müştərilərə aldadıcı SMS-lər göndərilir


“Azərikart” MMC prosessinq mərkəzi xidmət göstərdiyi bankların kart müştərilərinə müraciət edib.



AFN-in məlumatına görə, müraciətdə deyilir ki, kart istifadəçilərinə şirkətin adından köçürülmə və hesabdan silinmə ilə bağlı aldadıcı SMS-lər göndərilir.

"Bu SMS-lərin “Azərikart”la bağlılığı yoxdur, yalnış informasiya daşıyır. Vətəndaşları onlara, eləcə də naməlum nömrələrdən gələn zənglərə qarşı ehtiyatlı olmağa çağırırıq. Bank kartlarınızda qarşılaşdığınız şübhəli vəziyyətlərlə bağlı müştərisi olduğunuz banka və yaxud “Azərikart”ın müştəri xidmətlərinə -194 nömrəsinə müraciət edin", - deyə prosessinq mərkəzi bəyan edib.

Xatırladaq ki, "Azərikart”ı 1996-cı ildə "Azərbaycan Beynəlxalq Bankı" ASC yaradıb. Onun nizamnamə kapitalı 500 min manatdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu