“Erməni terroruna son!” deyən balacanın kimliyi bilindi


Ötən gün azərbaycanlıların sosial şəbəkələrdə qəhrəmanına çevirilən balaca qızın kimliyi bilinib.

BAKU.WS xəbər verir ki, #stoparmenianaggression (erməni aqressiyasına son) həştəqi yazılan “cover”in dünən, 16:00-dan etibarən 72 saat müddətinə bütün sosial şəbəkələrdə profil şəkli kimi istifadəsi təklif olunub.

Kampaniyanın gedişində azyaşlının kimliyi də müzakirə mövzusuna çevirilib, onun Azərbaycan vətəndaşı olmadığı iddia olunub.

“Nargis” nəşriyyat evinin təsisçisi Ülviyyə Mahmudovanın “Instagram”dakı paylaşımından sonra məlum olub ki, həmin qız azərbaycanlıdır və kampaniyanın siması seçilən balacanın adı Elanurdur. Onun atası Türkiyə, anası isə Azərbaycan vətəndaşıdır.

Qeyd edək ki, məqsəd Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalmasına və Gəncəyə edilən terror hücumlarına dünya ictimaiyyətinin diqqətini cəlb etməkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu