MN: Bu videolar təxribat xarakteri daşıyır


Son günlər sosial şəbəkələrdə guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı kobud davranması barədə videolar yayılıb.



Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AFN-ə bildirilib ki, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə ermənilər tərəfindən səhnələşdirilən bu videolar təxribat xarakteri daşıyır:

"Bu videoların Azərbaycan hərbi qulluqçularının döyüş fəaliyyətinə heç bir aidiyyəti yoxdur.

Bir daha xatırladırıq ki, Azərbaycan Ordusu hərbi qanunvericiliyə uyğun olaraq Cenevrə Konvensiyasının tələblərinə riayət edərək hərəkət edir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu