DSX-yə BTR-70M hədiyyə edildi - FOTO


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi və şəxsi heyəti Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib.



AFN xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb:

Müdafiə Sənayesi Nazirliyinin bütün əməkdaşları bu tarixi hadisənin sevincinə qoşularaq Dövlət Sərhəd Xidmətinə Təkmilləşdirilmiş BTR-70M tipli Zirehli Nəqliyyat Vasitəsi hədiyyə edib. Döyüş maşınının ön hissəsində və sağ tərəfində "İLHAMLA İRƏLİ!”, sol tərəfində isə "XUDAFƏRİN BİZİMDİR!” sözləri yazılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu