Türk Kızılay: Qardaşa kömək vaxtıdır


“Vaxt qardaşa kömək vaxtıdır! Göstər qardaşlığını Türkiyə!”.



“Report” xəbər verir ki, bu barədə Türkiyə Qızıl Aypara Cəmiyyətinin (Türk Kızılay) feysbuk səhifəsində qeyd olunub.

“Qardaş Azərbaycanda sizlərdən gələn dəstəklə 4 yardım TİR-ləri və 10 əməkdaşımız ilə ehtiyacı olanlara yardımlarımızı çatdırmağa davam edirik”, - səhifədə bildirilib.

Türkiyənin Qızıl Aypara Cəmiyyəti erməni təxribatları zamanı evləri dağılan Azərbaycan vətəndaşlarına yardım göndərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu