Şəhid Dmitri Solnsevlə vida mərasimi keçirilib


Azərbaycan Ordusunun şəhid olan hərbçisi Dmitri Solnsevlə vida mərasimi başa çatıb.

AFN xəbər verir ki, o, İkinci Fəxri xiyabanda dəfn ediləcək.
11:25

"Report"un əməkdaşının verdiyi məlumata görə, şəhidin bacısı oğlu Anar Süleymanov bildirib ki, dayısı sentyabrda könüllü şəkildə döyüşlərə gedib:

“Təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində alıb. Magistraturanı qırmızı diplomla bitirib. Vətənpərvər insan idi. Hətta koronavirusla mübarizə dövründə TƏBİB-də könüllü kimi çalışırdı".

Şəhidin bacısı Yuliya Sonçeva isə bildirib ki, cəbhəyə getmək onun arzusu idi: “Biz onunla fəxr edirik. Bizim baş ucalığımızdır. Hər zaman çox məsuliyyətli, gözəl insan idi".
11:02

Azərbaycan Ordusunun şəhid olan hərbçisi ilə vida mərasimi keçirilir.

"Report" xəbər verir ki, işğal olunmuş torpaqlamızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçumuz Dmitri Solnsevlə vida mərasimi yaşadığı binanın önündə keçirilir.

Vida mərasimində dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və sıravi insanlar iştirak edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu