Hikmət Hacıyev ermənilərin saxtakarlığını ifşa etdi


Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində ermənilərin saxtakarlığını üzə çıxarıb.



AFN xəbər verir ki, Hikmət Hacıyev sosial şəbəkədəki hesabında iki foto paylaşaraq, düşmənin saxta təbliğatını ifşa edib.

"Foto 1: Azərbaycanın Tərtər rayonunun Ələsgərli kəndi Ermənistan tərəfindən atəşə tutuldu. Günün fotosu kimi paylaşdım. Erməni "Smerch" raketinin mühərrik hissəsi masaya düşüb və yerə girib.

Foto 2: Uğursuz erməni saxtakarlığı. Onlar hətta hörümçək torunu təmizləməyi belə, unudublar", - deyə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri sosial şəbəkədə yazıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu