Fövqəladə hallarda xidmətkeçmə dəyişdi


Parlamentin bu gün keçirilən iclasında "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanun layihəsinə dəyişiklik edilib.

Afn.az xəbər verir ki, mövcud dəyişiklik qanun layihəsinin 23.1-ci maddəsinin yeni redaksiyada verilməsidir. Dəyişikliyə əsasən, fövqəladə hallar orqanlarının əməkdaşlarının həyat və sağlamlığı "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" qanununa uyğun olaraq icbari qaydada sığorta etdirilir.
Xatırladaq ki, dəyişiklikdən öncə fövqəladə hallar orqanları əməkdaşlarının həyatı və sağlamlığı dövlət büdcəsinin vəsaiti hesabına qanunvericiliyə uyğun olaraq icbari sığorta edilməsi qeyd olunurdu.
Qanun layihəsinə dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu