Sorağı gəlməyən əsgərlərlə bağlı hansı tədbirlər görülür? – Hərbi ekspert


"Heç bir müharibə şəhidsiz və itkisiz olmur. Dünya tarixində elə bir müharibə yoxdur ki, əsgərlər şəhid olmasın, itkin düşməsinlər. Müharibədirsə, bu olmalıdır”.



Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. Onun sözlərinə görə, bu dəqiqə itkin düşənlərlə bağlı məsələ gündəmdədir:

"Biz haqlı müharibə aparırıq. Əsgərlər vətən, bayraq üçün canlarından, sağlamlığından keçdi, qazi oldular. Müdafiə Nazirliyi itkin düşənlərlə bağlı məsələ ilə məşğuldur. Bilirsiniz ki, Qarabağın ərazisi dağlıq və meşəlikdir. Müharibə də bütün ərazi böyu gedib. Cəsədlərin bir qismi dağda, meşədə ola bilər. Bu mümkündür. Çox ağır bir relyefdir. İkincisi, atəş yeni dayanıb. Bu günlərdə də axtarışlar davam edir. İtkin düşənlər var, ailələr narahatdır”.

İtkin düşənlərin fotolarının sosial şəbəkələrdə paylaşılmasına gəlincə, ekspert qeyd etdi ki, yaxınlarını itirənlər bütün vasitələrdən istifadə edərək övladları haqqında məlumat almaq istəyir:

"Amma bu, doğru vasitə deyil. Ona görə ki, bununla uyğun qurumlar məşğul olur. Bu adamların hər birinin qeydiyyatı var. Bunlar döyüşə girib, məlumat dədiqləşdirilir. Artıq bir neçə gündür ki, onların bəzisi tapılıb, ailəsinə təhfil verilib. Şəhidlər dəfn olunub, yaralılar müalicə olunur, sağlamlar xidmətini davam etdirir”.


Emin Həsənlinin fikrincə, bu, çox həssas mövzudur:


"Noyabrın 10-da imzalanan sənədə əsasən həm cəsədlərin, həm də əsrlərin təhfil verilməsi ilə bağlı məsələ var. Biz ərazi itirməmişik ki, cəsədlər Ermənistan tərəfdə qalsın, işğal olunan əraziləri azad etmişik. Əgər axtarışlar zamanı cəsəd olacaqsa, onlar ailəsinə təhvil veriləcək. Ərazilərdə qalan cəsədlərin böyük hissəsi də ermənilərə aiddir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu