İcra nümayəndəsinin qohumu karantin qaydalarını pozdu


Kürdəmir rayonunda karantin qaydalarını kobud şəkildə pozaraq yas mərasimi təşkil edən şəxslər aşkar olunaraq saxlanılıb.



“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir rayon Sığırlı kənd inzibati ərazi dairəsinin icra nümayəndəsi Əmirov Eyyub Əmir oğlu kürəkəni Zeynalov Davud Zakir oğlu qayınatasına arxalanaraq karantin qaydasını kobud şəkildə pozub və yaşadığı evdə anasına yas mərasimi təşkil edib.

Bundan sonra Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin əraziyə baxış keçirilib, Zeynalov Davud və yas mərasimində iştirak edənlər saxlanılaraq polis şöbəsinə gətirilib.

Profilaktik söhbətlər aparıldıqdan sonra onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211 maddəsinin müvafiq bəndinə əsasən cərimə tətbiq olunub.

Hazırda Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu