Ağdaş, Bərdə və Ağdamdan olan COVID-19 xəstələri Mingəçevirdə saxlanılıblar


Mingəçevir şəhərinin giriş hissəsində qurulan karantin postunda xidmət aparan polis əməkdaşları şəhərə daxil olmağa çalışan aktiv koronavirus xəstələri aşkarlayıblar.



Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AFN-ə verilən məlumata görə, COVID-19 testlərinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin olunan Ağdam rayon sakini Şahlar Yaqubov, Ağdaş rayon sakini Kəmalə Əhmədzadə və Bərdə rayonu sakini Xalid Məmmədov qaydaları pozaraq yaşadıqları ünvanları tərk ediblər. Onlar Mingəçevir şəhəri ərazisinə daxil olmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar. Əraziyə həkim briqadası dəvət olunub və həmin şəxslər yaşadıqları rayonlarda qeydiyyatda olduqları ünvanlara geri göndəriliblər.

Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu