"Tək Millət, Tək Ürək" beynəlxalq-humanitar qardaşlıq layihəsinə start verildi - VİDEO


“Tək Millət, Tək Ürək” beynəlxalq humanitar qardaşlıq layihəsinə start verilib.



Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfıratın dəstəyi və təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsindən sonra qazilərə və şəhid ailələrinə dəstək məqsədilə “Tək Millət, Tək Ürək” beynəlxalq humanitar layihəsinə başanılıb.

Keçirilən mətbuat konfransında çıxış edən millət vəkili Ramil Həsən layihənin dövlətin sosial siyasətinə dəstək vermə məqsədi daşıdığını qeyd edib və təşəbbüsün Türkiyə-Azərbaycan qardaşlığından irəli gəldiyini vurğulayıb.

TÜİB sədri Hüseyin Büyükfırat çıxışında daha öncə işğaldan azad edilmiş Cocuq Mərcanlının yenidən qurulmasında yaxından iştirak etdiklərini və bu təcrübənin zəfərlə başa çatan İkinci Qarabağ savaşı ilə işğaldan azad edilən ərazilərdə də həyata keçirilə biləcəyini qeyd edib.

Məlumat üçün qeyd edək ki, Ucar rayonundan olan şəhid, yaralı və qazi ailələrinə “Tək Millət, Tək Ürək” devizi altında dəstək kompaniyasının birinci mərhələsi başa çatıb. Aksiya bundan sonra digər bütün rayon və şəhərləri əhatə etməklə, mərhələ-mərhələ davam etdiriləcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu