Donald Trampın qızı siyasi karyeraya başlamaq istəyir


ABŞ-ın hazırkı prezidenti Donald Trampın qızı və məsləhətçisi İvanka Tramp atasının dövlət başçısı vəzifəsindən gedişindən sonra siyasi karyeraya başlaya bilər.



“Report” xəbər verir ki, bu barədə Trampın ailəsinə yaxın mənbələrə istinadən “Washington Post” qəzeti yazıb.

Bildirilir ki, İvanka ciddi şəkildə hər hansı siyasi vəzifəyə irəli çəkilməsi və ya respublikaçıların dairələrində təsirinin qüvvətlənməsi hesabına siyasi karyerasının inkişafı üzərində düşünür. Qeyd edilir ki, ölkənin birinci qızı prezident postuna namizəd olmasını planlaşdırması barədə suala birbaşa cavabdan yayınır.

Nəşr onun 4 il müddətində atasının müşaviri vəzifəsində işlədiyini qeyd edərək siyasi təcrübə toplamaqla liberal baxışları ilə seçildiyini önə çəkib.

Məlumata görə, ABŞ liderinin qızı əri Cared Kuşnerlə Nyu-Yorka qayıda və dairələrdən birində Nümayəndələr Palatasına seçkilərdə namizəd kimi iştirak edə bilər



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu