BNA: Paytaxtda 160-dan çox küçə və prospektdə 2 200-dən artıq pandus var


Azərbaycanda əlliliyi olan şəxslərin sosial müdafiəsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir.



AFN xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında (BNA) bildirilir.

Məlumatda həmçinin deyilir ki, dövlət başçısının bu istiqamətdə sosial siyasətinin tərkib hissəsi olaraq şəhər nəqliyyatında müyəssərliyin təmin olunması məqsədilə son 5 ildə çox əhəmiyyətli işlər görülüb.

"Bu çərçivədə 160-dan çox küçə və prospektdə 2 200-dən artıq pandus təşkil edilib. Həmçinin, 10-dan artıq küçə və prospektdə “İdeal səki” layihəsi icra olunub ki, nəticədə həmin ərazilərdə əsasən görmə imkanları məhdud şəxslər üçün rahat hərəkət imkanı yaradılıb.

İctimai nəqliyyatda da müyəssərliyin təmin olunması məqsədi ilə vacib addımlar atılır. Sərnişin avtobusları ilə bağlı norma və standartlarda da bu amil mütləq şəkildə nəzərə alınıb. Bu gün marşrut şəbəkəsində 1000-dən artıq avtobusda xüsusi panduslu mexanizimlərin olması da məhz bununla əlaqədardır.

Eyni zamanda yeni ictimai nəqliyyat infrastrukturları yaradılan zaman da müyəssərlik əsas tələb olaraq nəzərə alınır. Bu mənada “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini göstərmək istərdik. Burada tam formada müyəssərlik təmin edilib. Bundan sonra yaradılacaq digər bu kimi məkanlarda da bu tendensiya saxlanılacaq", - məlumatda qeyd olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu