UIA aviaşirkəti Bakıdan Kiyevə çarter reysləri yerinə yetirəcək


“Ukraynanın Beynəlxalq Hava Yolları” (UIA) aviaşirkəti Bakı-Kiyev marşrutu üzrə üç çarter reysi yerinə yetirəcək.



Bu barədə AFN-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Məlumata görə, uçuşlar dekabrın 14-dən 28-dək həftədə bir dəfə, birinci günlər həyata keçiriləcək. Reyslərə Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək.

Qeyd edilən çarter uçuşları yalnız Ukrayna vətəndaşlığı və ya Ukraynaya giriş hüququ olan, həmçinin COVID-19 testindən keçərək mənfi nəticə əldə edən sərnişinlərin daşınması üçün nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu