Müharibədə ən çox itkini harada vermişik? - ekspert açıqladı(VİDEO)


"Açıqlanmış itki sayımız sırf hərbi baxımdan, əməliyatların miqyasına, şiddətinə və nail olduğumuz nəticəyə görə məqbul sayıla bilər”.



Bu sözləri hərbi ekspert Nazim Bayram deyib. O bildirib ki, bu qələbə 1988-ci ildən verdiyimiz bütün şəhidlərimizin və günahsız qurbanların qanını aldı, onların nahaq olmadığını isbat elədi:

"Əsas itkilərimiz düşmənin, mina-məftillənmiş, beton istehkamlarla və enli və dərin xəndəklərlə möhkəmləndirilmiş birinci müdafiə xəttini yararkən verilmişdi. Belə bir hazırlıqlı düşmən müdafiəsini yarmaq üçün 3-4 dəfə çox itki verə bilərdik.

Azərbaycan xalqı Vətən uğrunda verdiyi şəhidlərini heç vaxt unutmayacaq!

Vətən sağ olsun!” // Redaktor.az




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu