Salyanda şəhid dəfn olunub


Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hərbçisi, 1992-ci il təvəllüdlü Emin Zahir oğlu Nəzərovla dəfn mərasimi keçirilib.



“Report”un Aran bürosu xəbər verir ki, onun üçrəngli bayrağa bükülmüş nəşi doğulduğu İkinci Varlı kəndinə gətirilib. Vida mərasimindən sonra şəhid kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, E.Nəzərov müddətdən artıq xidmət edən hərbi qulluqçu idi və özündən sonra iki övladı yadigar qaldı.

Allah rəhmət eləsin!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu