Beyləqanda COVID-19 xəstəsi barədə cinayət işi başlanıldı


Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.



DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayon sakini Ülvi İsgəndərlinin koronavirus pandemiyasına yoluxmasına baxmayaraq yaşadığı ünvanı tərk edərək karantin rejiminin tələblərini kobud şəkildə pozduğu müəyyən edilib.

Həmin şəxs rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb və müalicə aldığı müvafiq ünvana aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu