Türkiyə Suriyada daha 4 PKK terrorçusunu məhv edib


Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalındakı “Barış Pınarı” bölgəsinə daxil olmaq istəyən terrorçuları məhv edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“PKK/YPG terror təşkilatının “Barış Pınarı” bölgəsindəki əmin-amanlıq və təhlükəsizlik mühitini pozmasına imkan vermədik, verməyəcəyik.

Bölgədə bütün tədbirləri görən qəhrəman komandolarımız PKK/YPG terrorçularını zərərsizləşdirib”, - məlumatda vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu