Daha bir şəhidimiz 72 gün sonra ailəsinə təhvil verilib, bu gün dəfn olunacaq.


Daha bir şəhidimiz 72 gün sonra ailəsinə təhvil verilib, bu gün dəfnidir...



AFN xəbər verir ki, qəhrəmanımız, Əmrahov Vüqar Mübariz oğlu 1996 -cı ildə Tovuz rayonu Xatınlı kəndində anadan olub. O, hərbi xidmətini əsgər kimi başa vurduqdan sonra yenidən orduya müraciət edib, Müddətdən Artıq Həqiqi Xidmət Hərbi Quluqçusu kursunu müvəfəqiyyətlə başa vurduqdan sonra ordu sıralarında Vətənə xidmətə başlayıb.

Çavuş Əmrahov, 2016-cı il Aprel döyüşlərində, Lələtəpə istiqamətində yaralanıb, müalicə aldıqdan sonra yenidən xidməti başına yollanıb.

27 sentyabr tarixində başlayan Vətən müharibəsində Vüqar da qəhrəmanlıq və rəşadət göstərib. Döyüşlərin 5-ci günü Vətən müharibəsinin Murovdağ cəbhəsindəki döyüşlərdə qəhrəmancasına vuruşaraq igidlik zirvəsinə yüksəlib. Lakin ailəsinin bundan xəbəri olmadığı üçün adı itkin düşmüşlər siyahısına əlavə edilib.

72 gün sonra böyük ümid hissi ilə Vüqarın geri dönüşünü gözləyən doğmaları onun Şəhid olma xəbərini eşitdi.

Şəhidimiz bu gün dəfn olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu