Vüsal Hüseynov vətəndaşların videoqəbulunu keçirib


Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov tərəfindən vətəndaşların növbəti videoqəbulu keçirilib.



Xidmətdən AFN-ə verilən məlumata görə, müraciətlər əsasən müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, işə qəbul və digər məsələlər ilə bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Xidmət rəisi qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu